Portuqaliyalı futbolçu karyerasını Türkiyədə davam etdirəcək

Super Liqanın debütantı "Eyüpspor" heyətini gücləndirməyə davam edir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İstanbul klubu "Olimpiakos"da çıxış edən müdafiəçi Ruben Vezo ilə razılıq əldə edib.

İcarə əsasında heyətə qatılan futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Ötən mövsüm Yunanıstan klubunun heyətində 25 oyuna çıxan portuqaliyalı 2 asistlə yadda qalıb.

Qeyd edək ki, 30 yaşlı futbolçunun "Olimpiakos"la müqaviləsi 2026-cı ilə qədərdir.