Porye Maxaçevi revanşa çağırdı

MMA döyüşçüsü Dastin Porye İslam Maxaçevi revanşa səsləyib.

Sportline.az xəbər verir ki, UFC ulduzu son döyüşdə uduzduğu dağıstanlı rəqibinə sosial şəbəkədən müraciət edib.

"Arman döyüşə bilmirsə, gəl yenidən qarşılaşaq, İslam", - deyə Porye X sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd edək ki, İslam Maxaçev UFC-302 turnirində 35 yaşlı amerikalı rəqibini boğucu fəndlə məğlub etmişdi.