Premyer Liqa da bərpa olunur

İngiltərə Premyer Liqası da bərpa olunmaq üzrədir.
 
Sportline.az xəbər verir ki, ötən gün Böyük Britaniyanın baş naziri Boris Conson parlamentdə ölkənin karantin rejimindən mərhələli çıxış "xəritə"sini açıqlayıb.
Epidemioloji vəziyyət uyğun olacağı təqdirdə, idman, o cümlədən futbol turnirlərinin iyun ayında başlayacağına dair qərar qəbul ediləcəyi gözlənilir.
 
Komandaların 18 maydan etibarən məşqlərə başlayacağı, Premyer Liqanın bərpasının isə 12-13 iyun tarixlərinə təsadüf edəcəyi bildirilir.