Premyer Liqa klubunda koronavirus şoku

İngiltərənin “Uotford” klubunun üç üzvündə koronavirus aşkarlanıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub son iki gün ərzində edilən testlərdən üçünün müsbət nəticələndiyini açıqlayıb. Koronavirusa yoluxanlardan biri futbolçu, digərləri isə klub işçisidir.

Hər üç şəxs növbəti testin keçirilməsinə qədər 7 gün müddətində karantinə alınıb.