Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a böyük hesabla qalib gəlib

"Qarabağ" Azərbaycan Premyer Liqasında "Sumqayıt"a böyük hesabla qalib gəlib.

Sportline.az xəbər verir ki, XVII turun son oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Matç "köhlən atlar"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı (7, 33), Nəriman Axundzadə (45+1), Redon Coca (75) və Toral Bayramov (90+1) fərqlənib.