Premyer Liqa: XIII turun daha iki oyunu keçiriləcək

Bu gün Az'rbaycan Premyer Liqasında XIII turun daha iki oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, günün ilk matçında "Səbail" "Turan Tovuz"la qarşılaşacaq.

"ASCO Arena"da baş tutacaq görüş saat 17:00-da start götürəcək.

Növbəti qarşılaşma isə "Sabah" və autsayder "Kəpəz" arasında oynanılacaq.

Saat 19:30-da başlayacaq duel "Bank Respublika Arena" gerçəkləşəcək.

Turnir cədvəlində "Turan Tovuz" 25 xalla üçüncü, "Sabah" 17 xalla beşinci, "Səbail" 7 xalla doqquzuncu, "Kəpəz" isə 6 xalla sonuncu sırada qərarlaşıb.


Azərbaycan Premyer Liqası
II dövrə, XIII tur
9 noyabr

17:00. “Səbail” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
"ASCO Arena".

19:30. “Sabah” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Bank Respublika Arena".

Qeyd edək ki, turun açılış oyununda "Neftçi" "Şamaxı" ilə heç-heçə edib - 2:2.