Premyer Liqa: XV turda daha iki görüş baş tutacaq

Azərbaycan Premyer Liqasının XV turunda bu gün daha iki görüş baş tutacaq.

Sportline.az xəbər verir ki, əvvəlcə "Şamaxı" evdə "Kəpəz"lə qarşılaşacaq.

Şamaxı şəhər stadionununda keçiriləcək matç 14:30-da başlayacaq. Görüşü İnqilab Məmmədov idarə edəcək. "Şamaxı" hazırda 13 xalla turnir cədvəlində 7-ci yerdə qərarlaşıb. 7 xala malik Gəncə təmsilçisi isə sonuncu - 10-cu yerdədir.

Günün digər görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Rəşad Əhmədovun idarə edəcəyi "Zirə" - "Sumqayıt" qarşılaşmasına saat 17:00-da start veriləcək.

"Zirə" turnir cədvəlində 20 xalla beşincidir. "Sumqayıt" isə 16 xalla altıncı yerdədir.

Azərbaycan Premyer Liqası

II dövrə, XV tur

30 noyabr

14:30. “Şamaxı” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Rahil Ramazanov, Əkbər Əhmədov.

VAR: Tural Qurbanov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Əmrah İbrahimov.

Şamaxı şəhər stadionu

17:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov.

VAR: Nicat İsmayıllı.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Ceyhun Haşımov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, XV turun ötən gün keçirilən oyunlarında "Araz-Naxçıvan" evdə "Turan Tovuzu", "Sabah" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Tura sabah "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq.