Premyer Liqada son vəziyyət

İngiltərədə futbol mövsümünün bərpası ilə bağlı hazırlıqlar başlayır.

Sportline.az “The Telegraph”a istindən xəbər verir ki, ilkin mərhələdə - mayın 14-dən etibarən futbolçular koronavirus testindən keçəcəklər. Bununla əlaqədar liqa Honkonqun biotexnoloji şirkəti ilə 4 milyon funtluq müqavilə bağlayıb.

Testin nəticəsi 24 saat ərzində bilincəcək. Premyer Liqa ehtiyat edir ki, vaxtın qısa olması ictimaiyyət arasında narazılıq yarada bilər. Çünki adətən, ölkədə testin nəticəsini öyrənmək üçün vətəndaşlar və həkimlər 48-72 saat arası gözləməli olurlar.