Premyer Liqadan I Diviziona

 Azərbaycan I Divizionunda çıxış edən “Şəmkir” klubu növbəti futbolçu transferini gerçəkləşdirib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandaya Premyer Liqada çıxış edən “Zirə”nin müdafiəçisi Cəmil Hacıyevi cəlb olunub.

Hacıyev ilk dəfə aşağı liqada forma geyinəcək. Əvvəllər o, “Sumqayıt” və “İnter”in də formasını geyinib.