Premyer Liqanın bərpası ləngiyir

Koronavirusa görə təxirə salınan İngiltərə Premyer Liqasının bərpa müddəti uzana bilər.

Sportline.az “Telegraf”a istinadən xəbər verir ki, mövsümün startının iyunun 19-na təxirə salınması müzakirə edilir.

Liqanın iyunun 12-də davam etməsi planlaşdırılırdı. Ancaq komandaların kapitanları və məşqçilərin açıqlamları bu vaxtı bir həftə də uzadacaq. Belə ki, klublar çempionata hazırlanmaq üçün mövsümün bərpasını iyunun 12-dən 19-dək uzadılmasını istəyir.

Xatırladaq ki, bazar ertəsi günü İngiltərə hökuməti 1 iyun tarixindən etibarən ölkədə idman tədbirlərini tamaşaçısız keçirməyə icazə verib.