Premyer Liqanın yeni topu

İngiltərə Premyer Liqası 2020-21 mövsümündə çempionatda istifadə ediləcək topu təqdim edib.

Sportline.az xəbər verir ki, "Nike" şirkətinin istehsalı olan "Flight" topunun dizaynında ağ, qırmızı və qara rənglərə üstünlük verilib.

Qeyd edək ki, oxşar toplardan yeni mövsümdə digər liqalarda da istifadə olunacaq.