Prezident kubokuna yekun vuruldu

Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli oyunu üzrə Prezident Kubokunun final matçı keçirilib.

Sportline.az xəbər verir ki, həlledici görüşü Dünya Etnosport Konfederasiyasiyasının prezidenti Bilal Ərdoğan, Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər izləyiblər.

Finalda "Buta Golden"i 3:0 hesabı ilə məğlub edən "Omar" yarışın qalibi olub.

Qeyd edək ki, 3-cü yer uğrunda görüşdə “Sərhədçi” “Polad”a uduzub - 0:5.