Prezident Milli Olimpiya Komitəsi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sportline.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə Milli Olimpiya Komitəsinin 30 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin, bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2022-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 ili tamam olur.