Prosineçki "Bursaspor"la bağlı yekun qərarını açıqladı

Milli komandamızın baş məşqçisi Robert Prosineçki "Bursaspor"a keçidi ilə bağlı məsələyə münasibət bildirib. Sportline.az xəbər verir ki, Goal.com-a açıqlamasında - "Azərbaycan millisi ilə davam edən müqaviləm var. Hələ komandamı dəyişməyəcəyəm"-deyən   xorvatiyalı eyni zamanda iki komandada çalışmağa  müsbət yanaşmadığını söyləyib: "Həm Azərbaycan millisində, həm də "Bursaspor"da eyni anda çalışmağın sağlam fikir olduğunu düşünmürəm. Yaxın gələcəkdə Azərbaycanda olacağam". Qeyd edək ki, baş məşqçi Hamza Hamzaoğlu ilə yollarını ayıran "Bursaspor" klubunun prezidenti Ali Ay Robert Prosineçkini komandada görmək istədiklərini söyləyib. Bu səbəbdən, klubun iki nümayəndəsi dünəndən Bakıya gələrək xorvatiyalı mütəxəssislə danışıqlar aparırdı.

Banner