Prosineçki Messini, Sadıqov Ronaldonu seçdi

FİFA "The Best" mükafatının səsvermə nəticələrini açıqlayıb. SportLine.az xəbər verir ki, milli komandaların baş məşqçiləri və kapitanlarının iştirak etdiyi səsvermədə Azərbaycan millisinin çalışdırıcı Robert Prosineçkinin və kapitan Rəşad Sadıqovun kimə səs verdiyi bəlli olub. 

Robert Prosineçkinin seçimi: 1. Lionel Messi, 2. Kristiano Ronaldo, 3. Antuan Qrizman

Rəşad Sadıqovun seçimi: 1. Kristiano Ronaldo, 2. Lionel Messi, 3. Antuan Qrizman

Xatırladaq ki, nəticələrə əsasən K.Ronaldo "The Best" mükafatını qazanıb. L.Messi ikinci, A.Qrizman üçüncü olub.