Prosineçki: "Modriç xorvat futbolunun ən yaxşısıdır"

"Xorvatiya futbolu son illərdə bir çox dünya səviyyəli oyunçu yetişdirib. Luka Modriç isə onların ən yaxşısıdır". SportLine.az "Sportske Novosti"yə istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki deyib.

Son illərdə "Real"ın, xüsusilə, Çempionlar Liqasında qazandığı uğurlardan danışan mütəxəssis, "Heç kim Modriçin bu uğurlardakı rolunu dana bilməz. O, üç dəfə adını dünyanın rəmzi komandasına yazdırıb. "Real"ın oyunu Modriçdən asılıdır. Hər oyunda onun komandaya, taktiki gedişlərə təsiri hiss olunur", - deyə bildirib.

R.Prosineçki, həmçinin, Lionel Messi və Kriştianu Ronaldu barədə də danışıb. Xorvatiyalının fikrincə, L.Messi K.Ronaldudan daha yaxşı oyunçudur.