"Prosineçki nağılı" başa çatdı
Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri müəyyənləşib.
Sportline.az xəbər verir ki, o, Bosniya və Herseqovina seçməsini çalışdıracaq. Qərar Bosniya və Herseqovina Futbol İttifaqının İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub.