Prosineçki sabiq klubuna qayıda bilər
Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki Belçikanın "Standard" klubunun maraq dairəsindədir.
Sportline.az Belçika mətbuatına istinadən xəbər verir ki, Lyej klubunun rəsmiləri xorvatiyalı ilə danışıqlara başlayıblar.
Qeyd edək ki, Prosineçki 2000-2001 mövsümünün ikinci yarısında Lyej komandasının şərəfini qoruyub.