Prosineçki Şehiçə təklif göndərdi

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə dəvət alıb. SportLine.az xəbər verir ki, futbolçu komandanın ABŞ-da keçəcəyi hazırlıq prosesində iştirak edəcək. 

Hazırda "Qarabağ"ın Antalyadakı düşərgəsində olan İ.Şehiç komandaya İstanbulda qoşulacaq. Robert Prosineçkinin futbolçuları buradan ABŞ-a yola düşəcəklər. 

Qeyd edək ki, bosniyalılar hazırlıq prosesi çərçivəsində yanvarın 28-də Los-Ancelesdə ABŞ, 31-də isə San-Antonioda Meksika ilə qarşılaşacaqlar.