Prosineçki Super Liqa klubunu çalışdıra bilər
Azərbaycan millisinin baş məşqçi postunu tərk edən Robert Prosineçki karyerasını Türkiyədə davam etdirə bilər. SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, "Gənclərbirliyi" klubu xorvatiyalı mütəxəssisin xidmətində maraqlıdır.
Rumıniya millisindən istefaya göndərilən Kristof Daumla danışıqlar aparan Ankara təmsilçisi irəliləyiş olmayacağı təqdirdə R.Prosineçkini komandaya gətirməyə çalışacaq.
Hazırda "Gənclərbirliyi" 12 oyundan 8 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. Azərbaycan millisi ilə müqaviləsini qarşılıqlı razılıq əsasında uzatmayan Robert Prosineçki isə 2012-2013 mövsümündə "Kayserispor"da çalışıb.