Prosineçki üçün dünyanın ən yaxşı futbolçusu

Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki, dünya futbolu tarixinin ən yaxşı oyunçusu ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, o, "Barselona"nın kapitanı Lionel Messini bütün dövrlərin ən yaxşı futbolçusu hesab edir.

"Mənim üçün ən yaxşı oyunçu Messidir. Bəziləri deyəcəklər: Dieqo Maradona, Kriştianu Ronaldu və Ronaldo. Onlar əla oyunçulardır, hansılar ki, fərqlənirlər. Ancaq əgər birini seçmək lazım gəlsə, mənim üçün Leo Messi ən yaxşıdır", - Prosineçki bildirib.