Prosineçkinin "Bursaspor"a keçidinə Rövnəq Abdullayev icazə verməyib
Son günlər gündəmi zəbt edən Prosineçkinin "Bursaspor" a keçidi ilə bağlı məsələdə daha bir məqam üzə çıxıb. Sən demə, xorvatiyalının Bursa klubuna yollanmasına AFFA prezidenti Rövnəq Abdullayev icazə verməyib. Sportline.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, xorvatiyalı mütəxəssisi komandada görmək istəyən klub rəhbərliyi Rövnəq Abdullayevi razı salmaq üçün Türkiyə parlamentinin Bursadan olan millət vəkili Hüseyn Şahin və əmək və sosial müdafiə naziri Mehmet Müezzinoğlundan kömək istəyib. Xatırladaq ki, bursalılar ilkin danışıqların uğurla yekunlaşdığını açıqlasalar da, Robert Prosineçki eyni zamanda iki işin "məsuliyyəti altına girmək "istəmədiyini bildirib.