Prosineçkinin əvəzinə Terim
Millimizin baş məşqçisi Robert Prosineçkidən əli üzülən "Bursaspor" klubu rəhbərliyi indi də Fatih Terimlə anlaşmaq niyyətindədir. Sportline.az xəbər verir ki, klub prezidenti Əli Adəmoğlu Türkiyə mətbuatına "Bursaspor"un sükanını Terimə həvalə etmək istədiklərini açıqlayıb. Adəmoğlu, bu arzunun gerçəkləşə biləcəyinə inandığını vurğulayəb.