Prosineçkinin həmyerlisi "Beşiktaş"da
"Beşiktaş” Xorvatiya millisinin futbolçusu Domaqoy Vidanın transferini reallaşdırıb.
Sportline.az "NTV Spor"a istinadən xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi istanbullularla 3,5 illik müqaviləyə imza atıb.
Vidanın Kiyev "Dinamo"su ilə anlaşmasının müddəti bitdiyindən "Beşiktaş" transfer pulu ödəməyəcək.
Qeyd edək ki, Vida daha əvvəl vətənində "Osiek”lə Zaqreb "Dinamo”sunun və Almaniyanın "Bayer” klublarının formasını geyinib. O, 2010-cu ildən çıxış etdiyi Xorvatiya millisində 42 oyuna 1 qol vurub.