Prosineçkinin rəmzi komandası
Futbol üzrə milli komandamızın baş məşqçisi Robert Prosineçki 2016-cı ilin rəmzi komandasını açıqlayıb. Sportline.az xəbər verir ki, o, Xorvatiyanın "Nova TV"-sinə müsahibədə həmyerlilərindən İspaniya "Real Madrid"ində forma geyinən Luka Modriçin də adını "11-liy"ə daxil edib. Tam siyahı isə belədir:Qapıçı: Yan Oblak ("Atletiko", İspaniya)
Müdafiəçilər: Marselo, Serxio Ramos (hər ikisi "Real Madrid", İspaniya), Jerar Pike ("Barselona", İspaniya), Ektor Belyerin ("Arsenal", İngiltərə)
Yarımmüdafiəçilər: Luka Modriç ("Real Madrid"), Dimitri Payet ("Vest Hem", İngiltərə), Andres İnyesta ("Barselona")
Hücumçular: Kriştianu Ronaldu ("Real Madrid"), Antuan Qrizmann ("Atletiko"), Lionel Messi ("Barselona")