PSJ Aleksis Sançezlə razılığa gəldi
"Arsenal"ın futbolçusu Aleksis Sançez karyerasını Fransada davam etdirə bilər. SportLine.az "Canal Plus"a istinadən xəbər verir ki, PSJ klubu hücumçunun xidmətində maraqlıdır.
Məlumatda çilili futbolçunun menecerinin Parisə yollandığı və paytaxt təmsilçisi ilə ilkin razılıq əldə etdiyi yazılıb. Detallar açıqlanmasa da, A.Sançezin yanvarın əvvəllərində PSJ-nin heyətinə qoşulacağı gözlənilir.
Qeyd edək ki, A.Sançezin "Arsenal"la müqaviləsi bu ilin yayında yekunlaşır.