PSJ "Barsa" ilə oyuna Silvasız çıxacaq
PSJ-nin braziliyalı müdafiəçisi Tiaqo Silva zədələnib. SportLine.az xəbər verir ki, əzələsini dartan futbolçu son məşqi buraxıb. Onun Çempionlar Liqasının 1/8 finalı çərçivəsində keçiriləcək PSJ - "Barselona" matçında da iştirak etməyəcəyi bildirilir.
Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.