PSJ brazilyalı futbolçu üçün 80 milyon təklif edib
"Vulverhempto"nun brazilyalı futbolçusu Mateus Kunya karyerasını Fransa nəhəngində davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, PSJ klubu M.Kunya üçün "Vulverhemton"a 80 milyon avro təklif edib.
İngiltərə klubu bu təklifə müsbət yanaşır. PSJ-nin baş məşqçisi Luiz Enrike bu transferin yanvar ayında reallaşmasını rəhbərliktən tələb edib.
Qeyd edək ki, Kunya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 matçda 10 qol və 4 asistlə yadda qalıb.