PSJ-dən 60 milyonluq transfer

"Aston Villa"nın kolumbiyalı futbolçusu Con Duran karyerasını Fransada davam etdirə bilər.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Paris Sen-Jermen" klubu Con Duran üçün "Aston Villa"ya 60 milyon avro təklif edib.

İngiltərə klubunun rəhbərliyi bu təklifə müsbət cavab verib.

Con Duranın "Aston Villa" ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 21 yaşlı fubolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 26 matçda 12 qolla yadda qalıb.