PSJ-dən 65 milyonluq transfer
“Paris Sen-Jermen” klubu fransalı futbolçu Kristofer Nkunku üçün yanvar ayında “Çelsi”yə rəsmi təklif göndərəcək.
Sportline.az “TBR Football” nəşrinə istinadən xəbər verir ki, PSJ-nin rəhbərliyi Nkunku üçün “Çelsi”yə 65 milyon avro ödəməyə hazırdır. Fransa klubunun rəsmiləri Nkunkunun meneceri ilə danışıqlara başlayıb.
Nkunun “Çelsi” ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 matçda 11 qol və 1 asistlə yadda qalıb.