PSJ-dən Holann iddiası
“Paris Sen-Jermen” klubu “Mançester Siti”nin ulduz futbolçusu Erlinq Holanı heyətinə qatmağı planlaşdırır.
Sportline.az “Football365” nəşrinə istinadən xəbər verir ki, “Paris Sen-Jermen” klubu Erlinq Holann üçün “Mançester Siti”yə 250 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Erlinqin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Erlinq Holann bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 15 qolla yadda qalıb.