PSJ-dən Salah iddiası
“Paris Sen-Jermen” klubu “Liverpul”dan Mohamed Salahı transfer etmək üçün hərəkətə keçib.
Sportline.az “Lequipe” qəzetinə istinadən xəbər verir ki, “Paris Sen-Jermen” klubunun rəhbərliyi mövsümün sonunda Salahı heyətə qatmaq üçün oyunçunun meneceri ilə danışıqlara başlayıb.
“Liverpul” klubu Salaha yeni müqavilə təklif etməyib. Misirli futbolçu mövsümün sonunda azad agent statusunda olacaq.
Qeyd edək ki, Mohamed Salah bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 matçda 13 qol və 11 asistlə yadda qalıb.