PSJ ingiltərəli futbolçudan imtina edib

"Paris Sen-Jermen" klubu "Mançeste Yunayted"in ingiltərəli futbolçusu Markus Reşfordu transfer etməkdən imtina edib.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, Fransa klubunun rəhbərliyi Reşforda görə 60 milyon avro ödəmək niyyətində deyil.

Markus Reşford hazır da "Mançester Yunayted"in heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, 27 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayına qədərdir.

O cari mövsüm çıxış etdiyi 24 matçda 7 qol və 3 asistlə yadda qalıb.