PSJ kuboka sahib çıxdı
Fransa kubokunda 2015/2016 mövsümünün qalibi müəyyənləşib. SportLine.az xəbər verir ki, həlledici matçda "Marsel"lə PSJ üz-üzə gəlib. Rəqibindən üstün təsir bağışlayan parislilər sonda qələbəni bayram ediblər.
Xatırladaq ki, PSJ Fransa I Liqasında da mövsümü çempion kimi bitirib.
21 may 2016
Fransa kuboku
FİNAL
"Marsel" - PSJ - 2:4
QOLLAR: Matuidi, 2 (0:1); Tauvin, 12 (1:1); İbrahimoviç, 47 (1:2); Kavani, 57 (1:3); İbrahimoviç, 82 (1:4); Baçuay, 87 (2:4)