PSJ-li Azərbaycana qarşı oyunda meydana çıxa bilər

PSJ-nin qapıçısı Kevin Trappın adı Almaniya millisinin heyətinə daxil edilib. SportLine.az xəbər verir ki, futbolçu DÇ-2018-in təsnifat mərhələsində Azərbaycan seçməsinə qarşı oyunda, eləcə də, İngiltərə ilə yoxlama matçında meydana çıxa bilər.

Qeyd edək ki, Manuel Noyer zədə səbəbilə qarşıdakı oyunları buraxacaq.