PSJ Mbappenin qardaşı ilə müqavilə bağladı

Fransa PSJ-sinin futbolçusu Kilian Mbappenin qardaşı İtan Mbappe Paris təmsilçisi ilə peşəkar müqavilə imzalayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 3 illik sözləşməyə qol çəkən 14 yaşlı futbolçu gənclər komandasında çıxış edəcək.

PSJ onunla yanaşı, digər gənc oyunçu Senni Mayulunu əvəzedici komandaya cəlb edib.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən paytaxt klubunun formasını geyinir.