PSJ-nin gözü "Aston Villa"nın ulduzuna düşüb
"Aston Villa"nın aparıcı futbolçularından olan Con Duran karyerasını Fransa çempionatında davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Paris Sen-Jermen" klubu Con Duran üçün yanvar ayında "Aston Villa"ya rəsmi təklif göndərəcək.
Kolumbiyalı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 40 milyon avro olaraq qiymətləndirilir.
C.Duranın "Aston Villa" ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, 21 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 25 matçda 12 qolla yadda qalıb.