PSJ-nin gözü "Real"ın ulduzuna düşüb
PSJ-nin yeni transfer hədəfi bəlli olub.
Sportline.az "RMC Sport"a istinadən xəbər verir ki, Paris klubu "Real Madrid"in brazilyalı futbolçusu Rodriqonu transfer etmək üçün hərəkətə keçib.
24 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 100 milyon avrodur.
Qeyd edək ki, Rodriqonun "Real Madrid"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 27 oyunda 10 qol və 7 asistlə yadda qalıb.