PSJ onu komandada görmək istəmir
PSJ klubu italiyalı qapıçısı Canluici Donnarumma ilə yeni müqavilə danışıqlarını tamamən dayandırıb.
Sportline.az "Fotmob" portalına istinadən xəbər verir ki, klub rəhbərliyi futbolçunun oyun səviyyəsini onun tələb etdiyi maaşa uyğun görmür.
25 yaşlı qolkiper isə yeni müqavilə üçün razılıq əldə olunmasa, getməyə hazırdır. Hətta onun "Milan"a qayıtmaq istədiyi də deyilir.
Qeyd edək ki, Donnarumma 2021-ci ildən PSJ-də oynayır. O, bu mövsüm komanda ilə 12 matçda 14 qol buraxıb. İtaliyalı futbolçunun klubla müqaviləsi 2026-cı il iyun ayına kimidir.