PSJ Osimhen üçün transfer yarışına qoşulub

“Qalatasaray”da icarə əsasında çıxış edən Viktor Osimhen karyerasını “Paris Sen-Jermen” klubunda davam etdirə bilər.

Sportline.az “Tutto mercato” nəşrinə istinadən xəbər verir ki, PSJ-nin rəhbərliyi Osimhen üçün yanvar ayında “Napoli”yə rəsmi təklif göndərəcək.

“Napoli” Osimheni 75 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, Osimhen bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 9 qol və 4 asistlə yadda qalıb.