PSJ ukraynalı müdafiəçi ilə maraqlanır

PSJ yeni mərkəz müdafiəçisi axtarışına çıxıb.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Bormunt"un ukraynalı stoperi İlya Zabarni "Paris Sen-Jermen"in 1 nömrəli transfer hədəfinə çevrilib.

"Tottenhem"də sözü gedən futbolçunu transfer etmək istəyir. Lakin Paris klubu bu transferdə 1 addım öndədir.

Qeyd edək ki, Zabarninin meneceri hər iki klubla danışıqlar aparır.