Pyer Vebo "Fənərbağça"ya qayıdır
Türkiyə Super Liqasında və alt liqalarda çıxış edən bir neçə klubun əfsanəvi futbolçu Pyer Vebo ilə yaxından maraqlandığı məlum olub.
Sportline.az xəbər verir ki, futbolçu karyerası ərzində xüsusilə “Fənərbaxça”dakı uğurlu çıxışı ilə yadda qalan kamerunlu hücumçuya bir neçə türk klubundan baş məşqçilik təklifi gəlib. Bu sırada “Qaziantepspor” və “Eyüpspor” kimi iddialı komandaların adları halalnır.
Türkiyə futbolunu yaxından tanıyan Vebounun yenidən bu ölkəyə qayıtmağa isti yanaşdığı bildirilir. Tərəflər arasında danışıqların müsbət istiqamətdə davam etdiyi və yaxın vaxtlarda rəsmi müqavilənin imzalanacağı gözlənilir.