Qabon millisi fəalliyətini dayandırıb

Qabon hökuməti milli futbol komandasının bütün fəaliyyətini dayandırıb, komanda heç bir beynəlxalq və ya rəsmi oyun keçirməyəcək, məşqlər və turnirlər də dayandırılır.

Sportline.az xəbər verir ki, Obameyanq və Ekyuel Manqa gələcəkdə seçilməyəcək.

Qabon hökuməti Afrika Millətlər Kuboku 2025-də utancverici çıxışlardan sonra bu addımı atıb. Kapitan Bruno Ekyuel Manqa və ulduz hücumçu Pyer-Emerik Obameyanq isə gələcək oyunlar üçün komandaya çağırılmayacaq.