Qabriel Jesus evinə qayıdır

"Arsenal"ın brazilyalı forvardı Qabriel Jesus karyerasını yenidən ölkəsində davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Palmeyras" 28 yaşlı futbolçunu transfer etməyə çalışır.

Bu haqda nüfuzlu ESPN nəşri məlumat yayıb.

Qeyd edək ki, Jesus "Palmeyras"ın öz yetirməsidir.

O, karyerası ərzində bütün turnirlər daxil olmaqla çıxış etdiyi 415 matçda 149 qol, 73 məhsuldar ötürmə müəllifi olub.