Qabriel Jesus İtaliya nəhənginə transfer olmağa yaxındır
“Arsenal”ın rəhbərliyi Qabriel Jesusu yanvar ayında satmaq niyyətindədir.
Sportline.az “Calciomercato”ya istinadən xəbər verir ki, “Milan” 28 yaşlı oyunçunun xidmətində maraq göstərir.
İtaliya A Seriyasında çempionluğu hədəfləyən “rossonerilər” Q.Jesus üçün rəsmi təklif göndərməyi planlaşdırır.
Brazilya millisinin sabiq hücumçusu bu mövsüm cəmi 37 dəqiqə meydanda olub.
Qeyd edək ki, “topçular” təcrübəli forvardı 25 milyon avro qarşılığında satmağa razıdır.