Qadın güləşçilərimizin iki qızlı, iki bürünc medal imkanı

Daha bir qadın güləşçimiz Sabirə Əliyeva “Minsk 2019” II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 76 kq çəki dərəcəsində yarışan idmançı almaniyalı Frensi Raedeltlə ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Əliyeva bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb.

Qeyd edək ki, bu gün Mariya Stadnik (50 kq) və Elmira Qəmbərova (62 kq) final görüşünə vəsiqəni təmin edib. Onlar həlledici dueldə müvafiq olaraq ukraynalı idmançılarla - Oksana Livaç və Yuliya Tkaçla güləşəcəklər.

1/4 finalda məğlub olan Alyona Kolesnik (57 kq) rəqibi finala çıxdığı üçün təsəlliverici görüşlərdə iştirak edəcək. Medal görüşləri sabah keçiriləcək.