Qadın şahmatçıların Avropa çempionatı yekunlaşdı

Antalyada qadın şahmatçıların Avropa çempionatı yekunlaşıb.
 
Sportline.az xəbər verir ki, turnirin qalibi 8 xalla Rusiya təmsilçisi Alina Kaşlinskaya olub.

İkinci pillədə fransalı Marie Sebaq qərarlaşıb. İlk üçlüyü isə almaniyalı Elizabet Pets tamamlayıb.

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva 7.5 xalla yeddinci olub. Digər təmsilçilərimizdən Türkan Məmmədyarova ilə Günay Məmmədzadə 7, Xanım Balacayeva 6,5, Gülnar Məmmədova 6, Xəyalə Abdulla, Gövhər Beydullayeva 5,5, Nərmin Söyünlü 5, Zeynəb Məmmədyarova, Fidan Ağasıyeva 4,5 xal toplayıb.

11 turdan ibarət turnirdə 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparıb.