"Qalatarasay"ın sabiq oyunçusu "Gənclərbirliyi"ndə
2020-2021 mövsümündə "Qalatasaray"ın formasını geyinən nigeriyalı Peter Etobo yenidən Türkiyəyə qayıdıb.
Sportline.az xəbər verir ki, 1-ci liqa təmsilçisi "Gənclərbirliyi" 28 yaşlı yarımmüdafiəçini heyətinə cəlb edib.
Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
Etebo son olaraq İngiltərə Çempionşip komandalarından "Stok Siti"də çıxış edib.
Xatırladaq ki, Etebo "Qalatasaray"da oynadığı dövr ərzində 29 oyunda iştirak edib.Aktivində qol və ya asist yoxdur.