"Qalatasaray" azarkeşlərinə şok xəbər: derbiyə buraxılmayacaqlar
"Qalatasaray" azarkeşləri şok xəbərlə sarsılıblar.
Sportline.az xəbər verir ki, Türkiyə çempionatının 18-ci turu çərçivəsində yanvarın 8-də keçiriləcək "Fənərbağça" - "Qalatasaray" derbisinə qonaq komandanın azarkeşləri buraxılmayacaq.
Bu qərarın təhlükəsizlik səbəbilə verildiyi bildirilir. "Qalatasaray" azarkeşləri üçün ayrılan tribunaların "Fənərbağça" azarkeşlərinin ixtiyarına veriləcəyi bildirilib.
İstanbul derbisi saat 20:00-da başlanacaq.