“Qalatasaray” çexiyalı futbolçu ilə maraqlanır
“Sparta Praq”ın çexiyalı futbolçusu Martin Vitik “Qalatasaray”ın transfer hədəfinə çevrilib.
Sportline.az “Denik Sport CZ” nəşrinə istinadən xəbər verir ki, “Qalatasaray” futbolçunun meneceri ilə danışıqlara başlayıb.
22 yaşlı müdafiəçinin “Sparta” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Martinin hazır ki dəyəri “Transfermarkt” portalına görə 15 milyon avrodur.